AZ

17-ci rəsmi oyuna doğru: üstünlük sloveniyalılardadır

“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Çelye” komandası ilə qarşılaşacaq.

FutbolPress“in məlumatına görə, “bayquşlar” daha əvvəl bir dəfə bu ölkə təmsilçisi ilə qarşılaşıb. Komanda ötən mövsümün hazırlıqları çərçivəsində “Koper”lə üz-üzə gəlib və qələbə qazanıb – 1:0.

Ümumilikdə Azərbaycan və Sloveniya komandaları buna qədər 25 dəfə üz-üzə gəlib. Bunlardan 16-sı rəsmi matç olub. “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Şəfa” və “Bakı” avrokuboklarda Sloveniya təmsilçiləri ilə qarşılaşıb.

Azərbaycan klubları bu matçlarda 4 dəfə qələbəyə sevinib. “Qarabağ” 2, “Neftçi” və “Qəbələ” isə hərəyə bir dəfə qalibiyyət görüb.

Rəsmi görüşlərdə sloveniyalılara qarşı son duel 2023-cü ildə olub. “Qarabağ” Avropa Liqasının təsnifat mərhələsində “Olimpiya”nı səfərdə məğlub etməyi bacarıb – 2:0. Bakıdakı görüş isə bərabərliklə başa çatıb – 1:1. Sonuncu məğlubiyyət isə “Qəbələ”nin adı ilə bağlıdır. Bölgə təmsilçisi 2016-cı ildə “Maribor”a uduzub – 1:3.

Şahin Cəfərov

Seçilən
3
1
futbolpress.az

2Mənbələr