Bizimyol saytına istinadən ain.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modini G7 zirvəsindən sonra Kanadadan qayıdarkən ABŞ-da dayanmağa dəvət edib, lakin Hindistanın baş naziri əvvəlcədən razılaşdırılmış cədvəli səbəbindən bunu edə bilməyib; liderlər yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri bildirib.
O qeyd edib ki, Amerika prezidentinin xahişi ilə Modi ilə Tramp arasında telefon danışığı olub. “Prezident Tramp Baş nazir Modidən Kanadadan qayıdandan sonra ABŞ-da dayanıb görüşmək imkanı olacağını soruşub. Əvvəlcədən tərtib edilmiş iş qrafikinə görə Baş nazir Modi bunu edə bilməyəcəyini söylədi”, - deyə Misri bildirib.
“Hər iki lider yaxın gələcəkdə görüşməyə çalışacaqlarına qərar verdi. Modi də öz növbəsində Trampı Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) sammitində iştirak etmək üçün Hindistana dəvət edib. Dəvəti qəbul edən prezident Tramp Hindistana gəlməkdən məmnun olacağını söyləyib”, - deyə Misri qeyd edib.
Hindistanın baş naziri Kanadada keçirilən G7 sammitində iştirak edib. O, ölkədəki səfərini çərşənbə günü səhər başa vurub və Xorvatiyaya planlaşdırılan səfərə yola düşüb.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.