AZ

Çempionlar Liqası: “Qarabağ” üçün püşk atılır

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Saat 14:00-da başlayacaq püşkatmada Ağdam təmsilçisi daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun komandasının potensial rəqibləri “Ryeka” (Xorvatiya), Pafos (Kipr), "Jalgiris" (Litva) - "Hamrun Spartans" (Malta), KuPS (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya), "Levadiya" (Estoniya) - RFŞ (Latviya), "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq), "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq), "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya), "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya), "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina) və "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro) cütlərindən birinin qalibi olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.

İdman.biz

Seçilən
13
21
idman.biz

10Mənbələr