Bakı.Trend:
İsrailin hərbi hava qüvvələri gecə həyata keçirilən aviareydlərzamanı İranın Tehrandakı sentrifuqa hazırlanan obyektini və silahzavodlarına zərbələr endirib.
Trend "Times ofIsrael”ə istinadən xəbər verir, bu barədə İsrail Müdafiə Qüvvələri(IDF) məlumat yayıb.
Ötən gecə ərzində İsrail HHQ-in keçirdiyi hava əməliyyatlarında50-dən çox qırıcının istifadə olunduğu bildirilir.
Qeyd edilir ki, zərbə endirilən silah istehsalı zavodlarıarasında İranın İsrailə atdığı yer-yer tipli raketlərin yığılmasıüçün xammal və komponentlərin istehsal olunduğu obyekt, eləcə dəhərbi təyyarələri vurmaq üçün nəzərdə tutulmuş yer-havaraketlərinin sistem və komponentlərinin hazırlandığı müəssisələr dəolub.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.