Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulacaq.
Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxacaq.
O, Cared Kosse (ABŞ) - Cennaro Pirelli (İtaliya) görüşünün qalibi ilə 1/16 finalda qarşılaşcaq.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.