Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Şərq Mədəniyyət Mərkəzinin rəhbəri və baş elmi işçisi Lana Rəvandi-Fədai İsrail və İran arasında münaqişənin uzunmüddətli ssenarisinin mümkün olmadığını bildirib.
Publika.az xəbər verir ki, ekspert bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.
"Ən uzun ssenari bir neçə ay davam edəcək uzunmüddətli müharibədir", - Lana bildirib.
Politoloqun sözlərinə görə, israilli seçicilər uzanan münaqişənin əleyhinədirlər. Onlar sürətli və möhtəşəm qələbəyə ümid bəsləyirlər və İsrail hakimiyyəti əməliyyatı planlaşdırarkən vətəndaşların fikrini nəzərə almalıdır.