AZ

İrandan vətəndaşlara ÇAĞIRIŞ: WhatsApp ı silin

News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran dövlət televiziyası vətəndaşları telefonlarından WhatsApp-ı silməyə çağırıb. 

News24.az xəbər verir ki, açıqlamada tətbiqin heç bir konkret sübut təqdim etmədən istifadəçi məlumatlarını toplayıb İsrailə göndərdiyi iddia edilib.

Meta çətiri altında olan WhatsApp-dan verilən açıqlamada bu ittihamlar "əsassız" olaraq qiymətləndirilir. 

Şirkət, "Biz bu cür yalan məlumatların xidmətlərimizi bloklamaq üçün bəhanə kimi istifadə olunacağından narahatıq" deyə bildirib.

WhatsApp mesajların başdan-başa şifrələndiyini və şirkətin bu mesajlara çıxışının olmadığını da vurğulayıb:

"Biz istifadəçilərin yerlərini izləmirik, mesaj məzmununa daxil olmuruq və hökumətlərə toplu məlumat vermirik".

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
news24.az

2Mənbələr