AZ

Xabi Alonso Rodriqo barədə suala belə cavab verdi

"Real Madrid"in baş məşqçisi Xabi Alonso komandanın braziliyalı vingeri Rodriqo Qoesin adının "Liverpul", "Arsenal" və "Mançester Siti" kimi İngiltərə nəhəngləri ilə yanaşı çəkilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssis mətbuat konfransında belə danışıb:

"Bilirəm ki, mövsümün sonu onun üçün asan olmayıb. Rodriqoya bərpa üçün vaxt lazım idi. Bura gələndən görürəm ki, özünü göstərəcəyi anı səbirsizliklə gözləyir. Rodriqo yüksək səviyyəli oyunçudur. Məşqlərdə bəzi şeylər üzərində çalışmışıq. İndi onları ortaya qoymağın vaxtıdır".

Qeyd edək ki, geridə qalan mövsümdə "Real" forması ilə bütün turnirlərdə 50 matça çıxan Rodriqo 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Kral klubu" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı 24 yaşlı futbolçunun transfer qiymətini 90 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
4
1
fanat.az

2Mənbələr