AZ

"Təl-Əviv və Hayfanı tərk edin" - İranın Baş Qərargah rəisi

"İndiyədək həyata keçirilən əməliyyatlar çəkindirmə üçün xəbərdarlıq olub və tezliklə cəza əməliyyatları həyata keçiriləcək". 

"Unikal" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi açıqlayıb. 

General qeyd edib ki, İsrail rejimi hərbi məqsədlər pərdəsi altında İran xalqına hücum edib: "Bu rejim həqiqətin səsini kəsmək üçün İran Yayım Korporasiyasını hədəfə alıb.

Böyük İran xalqı indiyə qədər göstərdikləri kimi, heç bir təcavüzə təslim olmayıb və bu vəhşi hərəkətə müqavimət göstərməklə yanaşı, sionist rejimini cinayət əməllərinə görə cavab verməyə məcbur edəcəklər. 

Komandirlərin, əziz həmvətənlərimizin, alimlərin şəhadəti silahlı qüvvələrin cəza əmrini yerinə yetirməkdə qətiyyətli olmasına səbəb olacaq.

İndiyədək düşmənlə qarşıdurmada həssas və həyati vacib hədəflərə yönəlməklə düşmənə ciddi zərbələr endirilib.

İşğal olunmuş ərazilərin sakinlərinə, xüsusən də Təl-Əviv və Hayfaya xəbərdarlıq edilir ki, canlarını xilas etmək üçün bu əraziləri tərk etsinlər və Netanyahunun heyvani istəklərinə qurban getməsinlər. Dünyanın azad xalqı əmin ola bilər ki, böyük İran xalqı şəhidlərin qanının qisasını alacaq".

Ağarza Elçinoğlu 

Seçilən
8
33
unikal.az

10Mənbələr