Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasındaümumi daxili məhsul istehsalı (ÜDM) 598,756 milyon manat olub.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuatxidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici 2024-cüilin eyni aylarındakı göstərici ilə müqayisədə 3,2% çoxdur.
Dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulistehsalı 2,7% artaraq 1 270 manat olub.
Hesabat dövründə muxtar respublikada 209,445 milyon manatlıqsənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrüilə müqayisədə 3,6% çoxdur.
Eyni zamanda cari ilin ilk beş ayında muxtar respublikada əsaskapitala 55,672 milyon manat həcmində vəsait yönəldilib ki, bu daötən ilin eyni ayları ilə müqayisədə 31,5% artım deməkdir.
Dövr ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 34,861milıyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da2024-cü ilin ilk beş ayındakı göstəriciyə nisbətən 6,7% çoxdur.