AZ

"28 May" stansiyasında hadisə - Tələbə qatar yoluna düşdü

Səhər saatlatında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Modern.az-ın məlumatına görə, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc yaşlı sərnişin  stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı saytımıza açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiyaya yoluna düşüb.

"O, stansiya yolundan bileti götürüb və çıxıb.  "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilir.

Seçilən
12
34
modern.az

10Mənbələr