Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-nin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində normativ-hüquqi, idarəetmə və təşviq üzrə mexanizmlərin formalaşdırılması, tədbirlərin və təhsil-təlim proqramlarının təşkili xidmətlərinə sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, xidmətləri “Admedia.az” MMC həyata keçirəcək və 2 613 003 AZN xərclənəcək.
“Əsaslı Tikinti və Təchizat” və “Admedia.az” müqavilə bağlanıb.
Cabir
Tarix: 18 İyun 2025, 09:44