AZ

“Bakubus” videomüşahidə kameraları ala bilmir

“Bakubus” MMC-nin videomüşahidə kameralarının və quraşdırılması xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusu ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qəbul olunan qərarda bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

 

Kotirovka sorğusunun dəyəri 12 949 AZN olub.

 

Cabir

Tarix: 18 İyun 2025, 09:48   
Seçilən
10
1
pravda.az

2Mənbələr