Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasındaorta aylıq nominal əməkhaqqı 814,4 manat təşkil edib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinəistinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə6,1% çoxdur.
Qeyd edək ki, hesabat dövründə muxtar respublikanın büdcəgəlirləri 176,374 milyon manat, büdcə xərcləri isə 164,855 milyonmanat təşkil edib. Bu da 2024-cü ilin ilk beş ayındakı göstəriciyənisbətən müvafiq olaraq 92,6% və 2,9% artım deməkdir.