AZ

Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəisini vəzifədən azad etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsindən azad edib.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Baş nazir bununla bağlı sərəncam imzalayıb.

O, digər sərəncamla Abazyanın müavini Andranik Simonyanı xidmətin rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib.

Rusiya mətbuatı bu addımı Abazyanın məşhur iş adamı, Rusiya vətəndaşə olan Samvel Karapetyanı saxlamaqdan imtina etməsi ilə əlaqələndirir. İddia olunur ki, o, Paşinyana Karapetyanın üçün heç bir səbəb olmadığını deyib.
Bundan əvvəl Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları erməni əsilli rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Karapetyanı saxlayıblar. Ermənistan Daxili İşlər Nazirliyi hələlik vəziyyətə münasibət bildirməyib.

Karapetyan İrəvana Paşinyanla mübarizəyə başlayan Erməni kilsəsinin müdafiəsi üçün getmişdi.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr