AZ

Paşinyan: II Qaregin murdar əlini kilsədən çəkməli, postunu tərk etməlidir

“Ermənilərin katolikosu II Qareginin subaylıq andını pozması və övladının olması ilə bağlı əlimdə faktlar var, bu, dedi-qodu deyilmiş”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial media hesabında yazıb.

Ermənistan hökumətinin başçısı katolikosun subaylıq andını pozması barədə əvvəlki fikrini növbəti dəfə təkrarlayıb:

“Subaylıq andının pozulması din xadiminin işdən çıxarılması üçün təkzibedilməz vacib şərtdir.

Ətraflı
Bir çox insanın andın pozulmasından xəbərdar olduğu, amma susduğu vəziyyət Erməni Apostol Kilsəsinin təməllərini sarsıtmağın birbaşa yoludur.

Düzünü deməliyəm ki, uzun müddət şayiələrə, dedi-qodulara inanmırdım, amma indi bir faktı bildiyimə görə və sübuta yetirilmiş şəkildə bu barədə susmaq küfr, kilsəmizin təməllərini sarsıdanlarla ortaqlıq olardı. Subaylıq andını pozanlar, bu halda Ktriç Nersisyan (II Qaregin) və Samvel Xaçaturyanın faktiki sübut olunmuş halları və murdar əlləri ilə Erməni Apostol Kilsəsinə toxunmağa haqları yoxdur və Müqəddəs Eçmiədzin Kilsəsini tərk etməlidirlər”.
Seçilən
6
2
sherg.az

3Mənbələr