AZ

Paşinyandan döyüş elanı: Türkiyəyə səfərdən sonra başlayırıq

BAKI, 18 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan kilsəni çökdürəcək faktları üzə çıxaracağını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrin nəşrə dediklərinə görə, Nikol Paşinyanın kilsəyə qarşı amansız mübarizəsi həlledici mərhələyə qədəm qoyur:

“Eyni xəbərə görə, Paşinyan komanda yoldaşlarına söz verib ki, material ictimaiyyətə təqdim edilmədikcə kilsə geri çəkiləcək və hakimiyyətin dediyi hər şeyi edəcək. Baş nazirin gələn həftədən başlayaraq, (iyunun 20-də) Türkiyəyə səfərindən sonra artıq anonsunu verdiyi döyüşə başlamaq qərarına gəldiyini deyirlər”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.

Seçilən
59
1
teleqraf.com

2Mənbələr