İyunun 21-də Bakıda keçiriləcək UFC Döyüş Gecəsindən əvvəl əsas kartın döyüşçüləri mətbuat konfransında jurnalistlər önünə çıxıb.
Offsideplus.az xəbər verir ki, ilk olaraq avstriyalı idmançı Boqdan Qrad fikirlərini bölüşüb, sualları cavablandırıb.
"UFC Bakının parçası olduğum üçün qürur duyuruam. UFC-yə təşəkkür edirəm. 3 raund üçün hazıram. Məqsədim işi bitirmək, vaxtından əvvəl qalib gəlməkdir. UFC mənə çox yaxşı davranır. Təşkilat yüksək səviyyədədir. Rəqibim güclüdür, lakin şənbə gecəsi kimin güclü olacağını görəcəyik".
Qeyd edək ki, Boqdan Qrad iranlı döyüşçü Muhammad Naimov ilə üz-üzə gələcək.