AZ

Hacıqabulda tanışını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Hacıqabul, 18 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul rayonunda bıçaqlanma baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Nəvahi kəndi ərazisində qeydə alınan hadisə zamanı Ağcabədi rayon sakini, 1995-ci il təvəllüdlü Kərimov Qasım Kərim oğlu xəsarət alıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya dərhal təxirə salınmaz təcili tibbi yardım göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, Hacıqabul rayon sakini, 42 yaşlı N.Abuşov aralarında yaranmış mübahisə zəminində tanışı, 30 yaşlı Q.Kərimova xəsarət yetirib. N.Abuşov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
azertag.az

1Mənbələr