AZ

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edildi


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan tutduğu vəzifədən azad edilib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, müvafiq sərəncamı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.
Sərəncama əsasən, Milli Təhlükəsizlik Xidmətinin direktorunun funksiyaları müvəqqəti olaraq strukturun direktor müavini Andranik Simonyana həvalə edilib.
Qeyd edək ki, Armen Abazyan 2020-ci il noyabrın 8-dən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini daşıyıb. O, 2024-cü ilin yanvarında yenidən bu vəzifəyə təyin edilib.
Seçilən
80
28
yeniavaz.com

10Mənbələr