AZ

İsrail İranın atdığı raketlərin qarşısını almaq üçün nə qədər xərc çəkdiyini açıqladı - RƏQƏMLƏR

İsrail mediası İranın atdığı raketlərin hava hücumundan müdafiə sistemləri ilə qarşısının alınmasının neçəyə başa gəldiyini açıqlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “Haaretz” qəzeti yazıb.

Qəzza zolağına hücumlar başlayandan sonra İsrailin hava hücumundan müdafiə sistemlərinin ciddi çətinliklərlə üzləşdiyi, İrandan atılan ballistik raketlərlə bu çətinliklərin daha yüksəksək səviyyəyə çatdığı bildirilib.

Xəbərdə İrandan atılan raketlərin əksəriyyətinin qarşısının alındığı qeyd edilib.

Məlumata görə, ötən gecə İrandan atılan 10-12 ballistik raketə hava hücumundan müdafiə sisteminin müdaxilə edilməsi 287 milyon dollara başa gəlib.

“Haaretz”ə danışan “Israel Aerospace Industries” (IAI) baş direktoru Boaz Levi, İsrailə apreldə 100, oktyabrda 200 raket atıldığını indi isə raket dalğalarının sürətlə gəldiyini söyləyib.

İsrailin iqtisadi qəzeti “Globes” İsrailin hava hücumundan müdafiə sistemlərinin dəyərinin Təl-Əviv administrasiyası üçün ağır yük olduğunu yazıb.

Qeyd edilib ki, “Dəmir qübbə”yə atılan bir raketin məhv edilməsinin qiyməti təxminən 30 min dollar, “Davud sapandı”nın təxminən 700 min dollar, “Arrow 2” və “Arrow 3” hava hücumundan müdafiə sistemlərinin isə təxminən 1.5 və 2 milyon dollardır.

İsrail hökumətinin mətbuat xidməti İranın iyunun 13-dən bu yana 400-dən çox ballistik raket və yüzlərlə pilotsuz uçan aparat atdığını və bunlardan təxminən 35-nin İsrailin müxtəlif bölgələrini vurduğunu açıqlayıb.

Qeyd edək ki, İsrailin 13 iyunda başlatdığı hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və nüvə alimləri, eləcə də 224 mülki əhali ölüb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində isə 24 nəfərin həlak olduğu bildirilib.

Billurə Yunus

Seçilən
16
4
olke.az

5Mənbələr