AZ

“Zirə”nin futbolçusuna Rusiyadan təklif

“Zirə”nin futbolçusu Salifu Suma Rusiya klubunun maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, bu barədə “Legalbet.ru” məlumat yayıb.

Bildirilib ki, “Torpedo” 21 yaşlı qvineyalını heyətinə qatmaq istəyir. Klub vinger üçün “Zirə” ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Suma ötən mövsüm bütün turnirlərdə “Zirə”nin heyətində 41 oyuna çıxıb. O, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

Seçilən
17
msport.az

1Mənbələr