AZ

Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçiriləcək

Bu ilin oktyabr ayında 93 ölkənin hakimlərini birləşdirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası Bakıda keçiriləcək.

APA xəbər verir ki, bunu Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu mühüm tədbirin Azərbaycanda keçirilməsi məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi sahəsində həyata keçirilən islahatlara beynəlxalq səviyyədə verilən qiymətin təzahürüdür.

Seçilən
7
2
apa.az

3Mənbələr