AZ

İnam Kərimov: Süni intellekt, rəqəmsal texnologiya məhkəmələrin daha sürətli və şəffaf olmasına böyük imkan yaradacaq

Qloballaşan dünya inkişaf etdikcə, qarşımıza yeni çağırışlar və yeni tələblər çıxır, bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişaflarla güclənəcək.

Report" xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli etmək üçün böyük imkanlar yaradacaq.

Seçilən
7
report.az

1Mənbələr