AZ

İran: "Daha bir İsrail F-35-ni vurmuşuq"

İranın hava hücumundan müdafiə sistemləri Varamin şəhərinin Cavadabad rayonunda daha bir İsrail F-35 qırıcısını vurub. IRNA-nın yaydığı məlumata görə, bu barədə şəhər hökumətinin sözçüsü Hüseyn Abbasi bildirib.


Abbasi deyib: “İsrail rejiminə məxsus F-35 qırıcı təyyarəsi Varamin yaxınlığında məhv edildikdən sonra qəzaya uğrayıb".


O əlavə edib ki, təhlükəsizlik və hərbi qurumların rəsmiləri təfərrüatları araşdırır və yaxın vaxtlarda əlavə məlumat açıqlanacaq.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Seçilən
7
news365.az

1Mənbələr