AZ

İndoneziyada vulkan püskürməsi həyəcana səbəb olub

BAKI, TurkicWorld

İndoneziyada vulkan püskürməsi nəticəsində ən yüksək təhlükə səviyyəsi elan edilib.

TurkicWorld xəbər verir ki, İndoneziyanın Şərqi Flores bölgəsində yerləşən Lewotobi Laki-Laki vulkanının yenidən püskürməsi nəticəsində bölgədə ən yüksək təhlükə səviyyəsi elan olunub.

İndoneziya Vulkanologiya və Geoloji Fəlakətin Azaldılması Mərkəzinin məlumatına görə, vulkan 10 min metrə qədər kül və qaz əhatələnib. Göbələk formasında yaranan kül buludları 150 kilometr məsafədən belə müşahidə olunub. Rəsmilər 8 kilometrlik radiusda yerləşən ərazini təhlükəli zona elan ediblər və əhalini bölgədən uzaq durmağa çağırıblar.

Hazırkı püskürmə nəticəsində insan itkisi qeydə alınmayıb.

Qeyd edək ki, İndoneziya “Sakit Okean Atəş Halqası” adlandırılan seysmik aktiv bölgədə yerləşdiyindən ölkədə 130-a yaxın aktiv vulkan mövcuddur. 2024-cü ilin noyabrında eyni vulkanın püskürməsi nəticəsində 9 nəfər həlak olmuş, onlarla insan yaralanmışdı.

Seçilən
12
turkic.world

1Mənbələr