AZ

Sədrlik Azərbaycandan Bolqarıstana keçdi — YENİLƏNİB

Azərbaycan Respublikasından Bolqarıstan Respublikasına keçib.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sahibə Qafarova sədrlik tokmağını Bolqarısta tərəfinə təhvil verib.

Bolqarıstan Respublikasının Milli Assambleyasının Prezidenti Nataliya Kiselova deyib ki, Qara dəniz regionunun 12 ölkəsini bir araya gətirən bu Assambleya regionda sabitliyin möhkəmlənməsinə töhfə verir: “Bolqarıstan iyulun 1-dən növbəti 6 ay ərzində sədrliyi öz üzərinə götürəcək. Biz sədrliyimiz dövründə böhranların idarə edilməsinə, beynəlxalq əməkdaşlığa diqqət edərək regional əməkdaşlığa töhfə vermək əzmindəyik. Bolqarıstan beynəlxalq inkişafa yönəlmiş məqsədyönlü addımları həyata keçirməyə çalışacaq. Bütün üzvləri bu ilin noyabrında Sofiyada keçiriləcək payız sessiyasına dəvət edirəm”.

***
10:02


İyunun 18-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının açılış mərasimi keçirilir.


Demokrat.az xəbər verir ki, plenar sessiyada “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Seçilən
8
2
demokrat.az

10Mənbələr