AZ

İsrailin raketdən müdafiə sistemi tükənir -"WSJ"

"The Wall Street Journal" (WSJ) diqqət çəkən xəbər yayıb. Nəşr yazıb ki, İsraildə "Arrow" raket tutan qurğularının sursatları tükənir.


"İsraildə İran raketlərinə qarşı mübarizədə istifadə edilən "Arrow" raket ələ keçirən qurğular tükənmək üzrədir", - ABŞ rəsmisi sayta bildirib.


Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə son hücum zamanı İran hərbçilərinin hava məkanına tam nəzarət etdiyini bildirmişdi. SEPAH-ın məlumatına görə, İsrail dövlətinin sakinləri İranın raket zərbələrinə qarşı tamamilə müdafiəsizdirlər.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.


Tural

Seçilən
7
news365.az

1Mənbələr