AZ

Paşinyan bu şəxsə vəzifə verdi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan tutduğu vəzifədən azad edilib.

Ermənistan KİV-i xəbər verir ki, qərarın mətni hökumətin saytında dərc edilib.

Müvafiq qərar bu gün səhər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul edilib.

Qərarın səbəbləri barədə məlumat verilmir.

A.Abazyan 2020-ci ilin noyabrından MTX direktoru vəzifəsində çalışıb.

Bu vəzifənin icrası müvəqqəti olaraq direktor müavini Andranik Simonyana həvalə edilib.

Qeyd edək ki, dünən İrəvanda rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan saxlanılıb. İlkin ehtimallara görə, A.Abazyan baş nazir Nikol Paşinyana iş adamının həbs edilməsi üçün heç bir əsas olmadığını bildirib. Nəticədə S.Karapetyan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumat üçün deyək ki, Samvel Karapetyan açıq şəkildə Erməni Apostol Kilsəsini (EAK) müdafiə edərək vurğulamışdı ki, “kiçik bir qrup insan Ermənistanın və kilsənin min illik tarixini unudaraq EAK-a hücuma keçib”. Bunun ardınca baş nazir Nikol Paşinyan sosial şəbəkədə sərt açıqlamalar verib və şərhlərdə çoxları Samvel Karapetyana eyham vurub.

Seçilən
5
veteninfo.az

1Mənbələr