AZ

“Sabah” Avropa Liqasında məğlub olsa onlardan birinə rəqib olacaq - PÜŞK

Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək tədbir saat 16:00-da başlayacaq.

Azərbaycan kubokunun sahibi "Sabah" ilk mərhələdə Sloveniya "Selye"sinə məğlub olsa, "Rapid" (Avstriya), "Yagelloniya" (Polşa), "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi, "Eskaldes" (Andorra) - "Diddelenj" (Lüksemburq) cütünün qalibi və ya "Universitatya Krayova"ya (Rumıniya) rəqib olacaq.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.

İdman.biz

Seçilən
14
idman.biz

1Mənbələr