AZ

Politico: Tramp Rusiya neftinin qiymətinin aşağı salınmasının əleyhinədir

ABŞ prezidenti Donald Tramp belə bir təşəbbüsün əleyhinə olduğu üçün Aİ Rusiya neftinin qiymət tavanını aşağı sala bilməyəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallasın Rusiya xammalına qiymət məhdudiyyətləri ilə bağlı rəyi “çox əhəmiyyət kəsb etmir”, çünki Vaşinqtonun razılığı olmadan Brüssel çətin ki, bu planları tam həyata keçirə bilsin.

Daha əvvəl fon der Leyen bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi zədələnmiş “Şimal axını” boru kəmərlərinin istifadəsinə qadağa, bankların və tankerlərin qara siyahıya salınması, Aİ ölkələrinə Rusiya neftinin alınmasına qadağa qoyulması və onun qiymətinin bir barel üçün tavanını 60 dollardan 45 dollara endirmək cəhdini əhatə edəcək. Bundan əlavə, fon der Leyen və Kallas sanksiyalardan yayınmaq üçün Rusiyanın tədbirlərinin effektivliyini azaltmaq məqsədilə təkcə Rusiyadan deyil, Belarusdan, Çindən və digər ölkələrdən olan 22 şirkət üçün yeni ixrac məhdudiyyətləri qoymağa söz veriblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
1
turkustan.az

2Mənbələr