AZ

Los-Ancelesin mərkəzində komendant saatı ləğv edildi

Los-Anceles meri Karen Bass metropolun bəzi mərkəzi ərazilərində tətbiq edilən komendant saatını ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə şəhər meri "X" sosial media səhifəsində yazıb.

"Bu gündən etibarən Los-Anceles şəhərinin mərkəzində komendant saatını ləğv edirəm. Vaşinqtondan qaynaqlanan xaosa tez uyğunlaşmağa davam etdiyimiz üçün lazım gələrsə, onu yenidən tətbiq etməyə hazıram", - deyə mer qeyd edib.

Qeyd edək ki, ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinə qarşı iğtişaşlara çevrilən etiraz aksiyaları iyunun 7-də başlayıb. Həmin vaxt Los-Anceles bir neçə ştatda etiraz dalğasının başlanğıc nöqtəsinə çevrilib. Hüquq-mühafizə orqanları ilə toqquşmalar baş verib ki, bu da Trampı ertəsi gün Milli Qvardiyanı küçələrə çıxarmağa məcbur edib.

Seçilən
195
publika.az

1Mənbələr