ain.az bildirir, Baku.ws portalına istinadən.
Bakının "Kubinka" adlanan ərazisində binanın təməlində çökmə olub.
BAKU.WS-in "qaynar xəttinə daxil olan məlumata görə, hadisə "RR Constructions" MTK tərəfindən aparılan tikinti işləri zamanı vaş verib.
Görüntülərdən aydın olur ki, çökmə baş verən zaman ərazidə işçilər olub və onlar hadisə anında qaçmağa başlayıblar.
Nəticədə texnika çökən bünövrənin altında qalıb.
Hadisə ilə bağlı "RR Constructions" MTK ilə əlaqə saxladıq. Qurumun əməkdaşı BAKU.WS-ə açıqlamasında bildirdi ki, çökmə zamanı ölən və ya xəsarət alan olmayıb.
Sözügedən kadrları təqdim edirik:
View this post on Instagram
A post shared by @baku.ws_official
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.