AZ

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı münasibətlər böyük əhəmiyyət kəsb edir

Bakı, 18 iyun, AZƏRTAC

Cəmiyyətdə insan hüquqlarının müdafiəsini təmin etmədən qanunun aliliyinə nal olmaq mümkün deyil. Həmçinin qanunun aliliyi effektiv şəkildə təmin olunmadan insan hüquqlarının müdafiəsinin təmin edilməsi də mümkün olmur. Qanunun aliliyi insan hüquqlarının həyata keçirilməsi mexanizmi ilə bilavasitə bağlıdır. Qanunun aliliyinin təmin edilməsi iqtisadi, sosial və mədəni hüquqların milli konstitusiyalarda, qanunlarda ehtiva edilməsinin vacib elementidir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan Azərbaycan Respublikası Konstitusiyasının ən böyük fəsli də bütövlükdə məhz insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakı şəhərində keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda söyləyib.

O bildirib ki, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi bir sıra dövlət orqanlarının ümumi, ortaq məqsədidir. Bu mühüm məqsədlərə nail olmaq üçün dövlət orqanları arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və bu münasibətlərin inkişaf etdirilməsi olduqca vacibdir.

Fərhad Abdullayev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı əlaqəyə toxunaraq deyib ki, bu cür münasibətlərin və təcrübə mübadiləsinin aparılması insan hüquq və azadlıqlarının müdafiəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Seçilən
4
1
azertag.az

2Mənbələr