AZ

Xalil Rauntri: Qarabağ ın formasını özüm almışam

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Qarabağ" klubunun formasını özüm ticarət mərkəzindən almışam".

Oxu.Az xəbər verir ki, bunu iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night"ın əsas döyüşündə iştirak edəcək Xalil Rauntri mətbuat konfransında deyib.

Məşhur UFC döyüşçüsünün sözlərinə görə, istəyib ki, Bakıdan xatirə kimi nə isə qalsın, o səbəbdən "Qarabag"in formasını və Azərbaycan milli papağını almaq qərarına gəlib.

Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşması yarımağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.

Təhməz Əsədov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
oxu.az

1Mənbələr