AZ

Kiyevə ballistik raket atılıb, 4 nəfər yaralanıb - YENİLƏNİB - Vətən Naminə

">

VETENNAMİNE.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

O bildirib ki, hücumdan dərhal sonra hava hücumundan müdafiə sistemləri işə düşüb.

Raketlərin Rusiyanın Bryansk vilayətindən atıldığı ehtimal edilir.

09:46

Bu gün, dekabrın 11-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə silsilə partlayışlar baş verib.

VETENNAMİNE.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.

Onun sözlərinə görə, partlayışlardan sonra şəhərdə hava hücumu xəbərdarlığı işə salınıb.

Şəhərin Darnistski rayonundakı dağıntılar nəticəsində 1-i uşaq olmaqla 4 nəfər yaralanıb.

Ölənlərin olduğu istisna edilmir.

Ukrayna

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
113
2
vetennamine.az

3Mənbələr