AZ

Keçmiş ərindən danışıb ağladı: “Onsuz ilk…”

İnfluenser Nagehan Abdullayeva özünə doğum günü partisi keçirib.

Musavat.com xəbər verir ki, o, paytaxt məkanlarının birində yeni yaşını qeyd edib.

Ailə üzvləri və dostlarının yer aldığı gecədə hisslərini dilə gətirən Nagehan keçmiş həyat yoldaşı Fəid Abdullayevdən danışaraq kövrəlib.

"30 yaşımı burada qeyd etmişdim. O, mənim üçün unudulmaz olmuşdu. Mən əvvəl burda yaşamaqü istəmirdim, düşünürdüm Türkiyəyə gedib gələrik. Amma burda xoşbəxtəm. 10 ilimi Fəridlə keçirmişəm, onunla birlikdə böyümüşəm. Bu gün onun ölkəsində, onsuz ilk doğum günümdür. Ona çox təşəkkür edirəm ki, onun sayəsində sizləri tanımışam. Mənə dəyər verib yanımda olduğunuz üçün təşəkkür edirəm"-deyərək Fəridə təşəkkürünü bildirib.

Qeyd edək ki, cütlük 9 illik evliliyi ötən il bitirib. Onlar dəfələrlə ayrılıb barışsa da, Nagehan bir müddət əvvəl övladları ilə İstanbula köçüb. Fərid də onunla birlikdə İstanbula getmişdi. Cütlüyün 2 övladı var.



Könül
Musavat.com

Seçilən
1
musavat.com

1Mənbələr