AZ

ÇL: “Qarabağ”ın 2025/26 mövsümündəki ilk rəqibi bəlli olur

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibini tanıyacaq.

Arena.az xəbər verir ki, Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil ediləcək.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Ağdam təmsilçisi daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alacaq. “Qarabağ”ın potensial rəqibləri daha öncə bu komandalardan ibarət idi:

“Ryeka” (Xorvatiya)
“Pafos” (Kipr)
“Jalgiris” (Litva) – “Hamrun Spartans” (Malta) cütünün qalibi
“KuPS” (Finlandiya) – “Milsami” (Moldova) cütünün qalibi
TNS (Uels) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi
“Levadiya” (Estoniya) – RFS (Latviya) cütünün qalibi
“Drita” (Kosovo) – “Differdanj” (Lüksemburq) cütünün qalibi
“Vikinqur” (Farer adaları) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
“Eqnatiya” (Albaniya) – “Breydablik” (İslandiya) cütünün qalibi
“Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi
“Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“Noa” (Ermənistan) – “Buduçnost” (Monteneqro) cütünün qalibi

Lakin püşkatmaya bir neçə saat qalmış UEFA iştirakçı komandaları bəzi meyarlar əsas götürülmək şərtilə müxtəlif qruplara bölüb. Yekun qərara əsasən, püşkatmada 1-ci təsnifat mərhələsinin 4 cütündən birinin qalibi Azərbaycan çempionu ilə qarşılaşacaq. Həmin cütlərin siyahısı belədir:

“Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
KuPS (Finlandiya) – “Milsami” (Moldova) cütünün qalibi
TNS (Uels) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi
“Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab qarşılaşması 1 həftə sonra keçiriləcək.

Seçilən
6
arena.az

1Mənbələr