AZ

Sabah açılışı olacaq “Azərbaycan Məhəlləsi”ndən yeni - Görüntülər

Sabah Türkiyənin Kahramanmaraş bölgəsində “Azərbaycan Məhəlləsi”nin açılışı olacaq.

“Qafqazinfo” xəbər verir ki, qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında yenidən qurulan “Azərbaycan Məhəlləsi” və “Ebrar” yaşayış kompleksinin görüntülərini paylaşıb.

“Çətin dünənlərdən xoşbəxt bu günlərə və birlikdə güclü sabahlara. Bu hekayənin adı Kahramanmaraşdır”, - nazir paylaşımında qeyd edib.

Qeyd edək ki, açılışda Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir. Bu haqda jurnalistlərə ötən həftə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün məlumat verib.

“Azərbaycan Məhəlləsi”ndən görüntüləri təqdim edirik:

Seçilən
0
3
qafqazinfo.az

4Mənbələr