AZ

Cavid Vəliyev: Bəzən Türkmənistan kimi tərəfsizliyi seçən ölkələr təzyiqlərlə üzləşirlər

Bəzən Türkmənistan kimi tərəfsizliyi seçən ölkələr bu seçimlərinə görə təzyiqlərlə üzləşirlər.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Türkmənistanın daimi neytrallıq statusu sülh, regional və qlobal miqyasda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün təsirli bir vasitə kimi” mövzusunda keçirilən panel sessiyada danışıb.

O qeyd edib ki, SSRİ-dən sonra müstəqilliyini qazanan dövlətlərin hər biri öz xarici konsepsiyasını müəyyənləşdirməyə çalışdı.

"Bu mənada Türkmənistan da öz xarici siyasətini tərəfsizlik olaraq müəyyənləşdirdi. Ancaq bəzən Türkmənistan kimi tərəfsizliyi seçən ölkələr bu seçimlərinə görə təzyiqlərlə üzləşirlər. Ümumilikdə, dövlətlərin tərəfsizlik statusunu seçmələrinə institusional, daxili və xarici amillər kimi üç faktor təsir göstərir”, - C.Vəliyev qeyd edib.

O vurğulayıb ki, Azərbaycan və Türkmənistan xarici siyasətində bu mənada bir az oxşarlıq var:

“Azərbaycan tərəfsizlik barədə qanun qəbul etməsə də, xarici siyasətində münaqişələrdə tərəf tutmur, ərazisində başqa bir ölkənin hərbi bazasının olmasına imkan vermir, hərbi bloklara qoşulmur. Bu mənada, Türkmənistanla oxşarlıq müşahidə olunur”.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov isə söyləyib ki, neytrallıq və yaxud Azərbaycanın seçdiyi bloklardan uzaq olmaq mexanizmi müəyyən dərəcədə immunitet yaradır:

“Bloklardan kənar qalmağın, neytrallığın öz bədəli var. Belə ki, bu, həm də müəyyən dərəcədə iqtisadi əlaqələrin inkişafına töhfə verəcək ittifaqlardan uzaq qalmaq deməkdir. Ona görə də bu yolu seçən ölkələr öz aralarında əməkdaşlığı genişləndirə bilərlər”.

Seçilən
1
report.az

1Mənbələr