AZ

Məktəbəhazırlıq qruplarına qəbul başlayır – Tarixlər açıqlandı

2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun 2025-ci ildən etibarən başlayır. 


Sfera.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.


Azərbaycan bölməsi üzrə məktəb seçimində Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyul tarixindən, Bakı şəhərində isə 9 iyul tarixindən etibarən mümkün olacaq.


Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə məktəb və müəllim seçimi isə 10 iyul tarixindən başlayacaq.


Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Valideynlər sənədləri 1–30 sentyabr 2025 tarixləri arasında ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər.
Qeydiyyat prosesi “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçiriləcək.


Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunacaq.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
14
3
sfera.az

10Mənbələr