AZ

“Azərbaycanın quru sərhədlərinin bağlı olması bizə müəyyən üstünlük verir” -Arzuman Muradlı

” İran və İsrail arasında hərbi münaqişə  Azərbaycan üçün bir sıra ciddi təsirlərə səbəb ola bilər. Bu təsirlər həm təhlükəsizlik, həm iqtisadiyyat, həm də geosiyasi müstəvidə özünü göstərə bilər.” – bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması bizə müəyyən üstünlük verir.

“Sözsüz bu müharibə bizə təsirsiz ötüşmür. Məsələn İsrail şəhərlərə, hərbi obyektlərə zərbə endirir. Əhali yeknəsək halda sərhədlərə doğru axışır. Bu ciddi miqrasiya problemi yarada bilər. Yaxşı ki, müəyyən mənada ölkəmiz bundan sığortalana bilib. Müharibənin genişlənməsi və İranda humanitar problemlərin yaranması , Azərbaycana doğru böyük miqyaslı qaçqın axını baş verə bilərdi, amma qeyd etdiym kimi biz bundan sığortalanmağı bacarmışıq. Biz sülhsevər ölkə olduğumuzdan savaş istəmirik. Ancaq nəzərə alaq ki, son 30 il ərzində İran hər zaman bizi təhdid edib. Bu gün müharibənin daha da genişlənməsi bizim üçündə, eləcə də Cənubi Qafqaz ölkələri üçün ciddi problemlər yarada bilər. Ümid edirəm ki, tezliklə bu müharibə sülhlə nəticələnəcək.”- deyə Arzuman Muradlı bildirib.

Seçilən
5
moderator.az

1Mənbələr