AZ

“Zirə”nin legioneri Rusiya klubunun DİQQƏT MƏRKƏZİNDƏ

"Zirə"nin futbolçusu Salifu Suma Rusiya klubunun maraq dairəsinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Legalbet.ru" məlumat yayıb.

Bildirilib ki, "Torpedo" 21 yaşlı qvineyalını heyətinə qatmaq istəyir. Klub vinger üçün bugünlərdə "Zirə"ə ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Suma ötən mövsüm bütün turnirlərdə "Zirə"nin heyətində 41 oyuna çıxıb. O, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
13
1
bizim.media

3Mənbələr