AZ

İntiqam anı

İranın dini lideri Seyid Əli Xameneyi xalqa çağırış edib. Müraciətin məğzi çox açıqdır – müsəlmanları yəhudilərlə müqəddəs müharibəyə, cihada çağırış.

Bu İranın və rejimin ən son kartı idi. Artıq istifadə edirlər.

Digər tərəfdən Tramp artıq nüvə proqramından imtina söhbətlərini yığışdırıb, İrandan birbaşa qeyd-şərtsiz kapitulyasiya tələb edir.

II dünya müharibəsində Almaniya və Yaponiyanın etdiyi kimi İrandan artıq qeyd-şərtsiz təslim olmaq tələb olunur.

Görünən odur ki, dünya gücləri molla rejimini bitirmək qərarı veriblər.

Bu isə qarşıda azı 10 minlərlə, böyük ehtimalla 100 minlərlə edam deməkdir.

Molla rejimi devrilsə, tarixdə misli-bərabəri olmayan qisas əməliyyatı başlayacaq. Bütün dünya yığılsa, İran xalqı yenə də mollalara güzəşt etməyəcək.

Xalq inqilabda öldürülən, 88-də edam olunan övladlarının qisasını çox amansızlıqla alacaq.

Mollaların üst eşelonu neçə illərdir bu günlər düşünərək övladlarını, ailələrini ABŞ-a, Fransa və İngiltərəyə yerləşdirib.

Amma, heç biri təhlükəsizlikdə deyil. Olmayacaq da.

Əgər, molla rejimi devrilsə, xalq əvvəlcə SEPAH-dan başlayacaq, bu qurumun süpürgəçisinə kimi heç kim sağ qalmayacaq.

Sonra sıra mollalara gələcək. Ali dini şuradan, küçədəki məscidin mollasına kimi bir-bir dənləyəcəklər, sonra çıxacaqlar ölkə kənarına.

Molla rejimi devrilməmək üçün bu müharibədə canını qoyacaq. Çünki bilirlər ki, əksi olsa, 45 il ərzində elədiklərinin cavabını elə alacaqlar ki, bu tarixdə ən qanlı qisaslardan biri olacaq.

İran tarixi isə belə qisaslarla doludur…

Seçilən
7
vaxt.az

1Mənbələr