AZ

Tofiq Musayevin rəqibi: İstənilən ssenariyə hazıram

BAKI, 18 iyun. TELEQRAF

“Qırğızlar əsl döyüşçüdürlər. Məndən sürpriz gözləyin. Bunu iyunun 21-də sübut edəcəyəm”.

Teleqraf xəbər verir ki, bunu UFC döyüşçüsü Mıktıbek Oralbay Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.

27 yaşlı qırğız rəqibi Tofiq Musayevi yaxşı döyüşçü olduğunu söyləyib: “İki aydır hazırlaşırıq. Özümü hazır hiss edirəm. İstənilən ssenariyə hazıram”.

Qeyd edək ki, Mıktıbek Oralbay yüngül çəki dərəcəsində azərbaycanlı Tofiq Musayevlə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.

Seçilən
8
teleqraf.com

1Mənbələr