AZ

Paşinyan: Qaregin məni məhkəməyə versə, sübutları təqdim edəcəm

BAKI, 18 iyun. TELEQRAF

“Bütün ermənilərin katolikosu II Qareginin subaylıq andını pozması və övlad sahibi olması ilə bağlı sübutlarım var”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Sübutlarım var, amma sözlərimi mübahisələndirmirlər. Məni məhkəməyə verə bilərlər, amma mən də o zaman sübutları təqdim edəcəm, əks halda, sübutlar başqa formatda təqdim oluna bilər. Mənim mövqelərim tamamilə Erməni Apostol Kilsəsinin qanunlarına əsaslanır”, - baş nazir bildirib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.

Seçilən
12
teleqraf.com

1Mənbələr