AZ

Bakıda keçiriləcək UFC turniri İdman TV də canlı yayımlanacaq

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 18 iyun, AZƏRTAC

Bakıda keçiriləcək UFC turniri İdman TV-də canlı yayımlanacaq.

Telekanaldan AZƏRTAC-a verilən məlumata görə, bununla bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

MMA azarkeşləri iyunun 21-də saat 20:00-da keçiriləcək tədbirin bütün döyüşlərini, eləcə də bir gün əvvəl baş tutacaq rəsmi çəki mərasimini canlı izləyə biləcəklər.

Qeyd edək ki, əsas döyüşdə keçmiş dünya çempionu Camal Hill parlamaqda olan ulduz Xalil Rauntri ilə qarşılaşacaq. Həmin gecənin ikinci əsas döyüşündə isə azərbaycanlı idmançı Rafael Fiziev çilili İqnasio Bahamondes ilə üz-üzə gələcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
azertag.az

2Mənbələr