AZ

İsrail İran raketlərinin qarşısını almaq üçün gündə 1 milyard dollara yaxın pul xərcləyir...


İsrailin İrana endirdiyi hava hücumlarından sonra Yaxın Şərqdə vəziyyət təhlükəli həddə gərginləşib. İsrailin tərəfində olduğunu bildirən ABŞ-dan gələn son açıqlamalar isə gərginliyin yayılma risqini daha da artırır.

Bu arada, “Haaretz” qəzeti Qəzza zolağına hücumlar başlayandan sonra İsrailin hava hücumundan müdafiə sistemlərinin ciddi çətinliklərlə üzləşməyə başladığını və İrandan atılan ballistik raketlərlə bu çətinliklərin daha yüksək səviyyəyə çatdığını yazıb.

İrandan atılan raketlərin əksəriyyətinin vurlduğu, bəzilərinin isə İsrailin hava hücumundan müdafiə sistemini keçərək insan tələfatı və böyük maddi ziyana səbəb olduğu qeyd edilib. Məlumatda həmçinin qeyd olunub ki, tək ötən gecə İrandan atılan 10-12 ballistik raketə müdaxilənin dəyəri 287 milyon dollar olub.

İrandan gələn ballistik raketlərin əksəriyyətinin “Arrow 2” və “Arrow 3” hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirən “Israel Aerospace Industries” (IAI) baş direktoru Boaz Levi“Haaretz”ə, bu iki sistemlə yanaşı, İsrail ordusunun inventarında olan THAAD ballistik raketdən müdafiə sistemləri və Şərqi Aralıq dənizində yerləşdirilən ABŞ esminesindəki Standart Raket (SM-3) sistemlərinin də istifadə edildiyini deyib.

"İsrailin “Davud Sapanı” sistemi də var, lakin hazırda məruz qaldığımız hücumlarda bizi narahat edən ilk növbədə “Arrow” sistemləridir" deyə Levi bildirib.

Qeyd edilir ki, raketlərin qarşısının alınmasında “Arrow 3” sistemi 90 faiz, THAAD sistemi isə yalnız 40 faiz ətrafında nəticə göstərir.

İsrailin “Globes” qəzeti İsrailin hava hücumundan müdafiə sistemlərinin dəyərinin Təl-Əviv administrasiyası üçün ağır yük olduğunu yazıb. Bildirilib ki, “Dəmir günbəz”in raketi vurması təxminən 30 min dollar, “Davud Sapanı”n təqribən 700 min dollar, “Arrow 2” və “Arrow 3” hava hücumundan müdafiə sistemlərinin isə təxminən 1,5 - 2 milyon dollar təşkil edir.

İsrail mərkəzli “Ynetnews” isə yüksək rütbəli keçmiş müdafiə rəsmisinə istinadən bildirir ki, İsrailin İranla davam edən müharibəsi ona gündə təxminən 2,75 milyard şekelə (təxminən 725 milyon dollar) başa gəlir.

İstefada olan briqada generalı Rim Aminax, müharibənin ilk iki gününün ümumi dəyərinin 5,5 milyard şekel (1,45 milyard dollar) olduğunu bildirib. Bu rəqəmə hələ ölkəyə dəyən maddi zərər və ya daha geniş iqtisadi təsir daxil deyil.

İsrail hökumətinin mətbuat xidməti İranın iyunun 13-dən bu yana 400-dən çox ballistik raket və yüzlərlə pilotsuz uçuş aparatı atdığını və bunlardan təxminən 35-nin İsrailin müxtəlif bölgələrini vurduğunu açıqlayıb.

TAHİR

Seçilən
7
baki-xeber.com

1Mənbələr