AZ

ABŞ Konqresində İrana hücumunu dayandırmaq üçün qətnamə hazırlanır

ABŞ Konqresində prezident Trampın İrana hücumunu dayandırmaq üçün qətnamə layihəsi hazırlanır.

AzPost bildirir ki, bu barədə Sky News məlumat yayıb.

ABŞ Nümayəndələr Palatasının Respublikaçı nümayəndəsi Tomas Massi demokrat siyasətçilərlə bir araya gələrək Trampın İrana zərbə endirməklə bağlı qərarının ölkə konstitusiyasını pozacağını bildirib. Demokrat senator Berni Sanders daha əvvəl eyni bəyanatla çıxış etmişdi.

“Konqres İrana müharibə elan etmək üçün müstəsna səlahiyyətə malikdir. İsrail və İran arasında davam edən müharibə bizim müharibəmiz deyil. Olsa belə, Konqres bu cür məsələlərə Konstitusiyamıza uyğun qərar verməlidir”.

AzPost.az

Seçilən
15
1
azpost.info

2Mənbələr