AZ

Türkiyəli nazir Kahramanmaraşda tikilən Azərbaycan məhəlləsi nin görüntülərini paylaşdı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum 2023-cü il fevralın 6-da güclü zəlzələnin baş verdiyi Kahramanmaraşda tikilən "Azərbaycan məhəlləsi"nin görüntülərini paylaşıb.

Oxu.Az-ın xəbərinə görə, nazir bununla bağlı öz "X" hesabında paylaşım edib.

"Çətin günlərdən xoşbəxt günlərə... və birlikdə güclü sabahlara.

Bu hekayənin adı Kahramanmaraşdır...", - deyə Murat Kurum bildirib.

Qeyd edək ki, iyunun 19-da Kahramanmaraşda 250.000-ci evin açarları sahiblərinə təhvil veriləcək. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun iştirakı gözlənilir.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

Zor dünlerden mutlu bugünlere ve #BirlikteGüçlüYarınlara ✨Bu hikayenin adı Kahramanmaraş… pic.twitter.com/IzGXcCTUov

— Murat KURUM (@murat_kurum) June 17, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
oxu.az

1Mənbələr